Avropa ölkələrindən 10 min hotel “Booking.com”a qarşı kollektiv iddia qaldırıb
Avropanın müxtəlif ölkələrindən on mindən çox hotel “Booking.com” platformasını Avropa İttifaqının (Aİ) antiinhisar qanunvericiliyini pozmaqda ittiham edərək ona qarşı məhkəmə iddiası qaldırmaq üçün birləşib.
Onların fikrincə, şirkət qiymətləri aşağı salıb və “ədalətsiz şərtlər” – xüsusən də digər satış kanalları vasitəsilə müştərilərə daha aşağı tariflərin təklif edilməsinə qadağanı zorla qəbul etdirirdi.
İddia Amsterdam məhkəməsinə “Hotrec” sənaye təşkilatı və 30 milli hotel assosiasiyasının dəstəyi ilə “Hotel Claims Alliance” tərəfindən qaldırılıb. Hotellər 2004-cü ildən 2024-cü ilə qədər itkilərə görə kompensasiya tələb edirlər.
2024-cü ildə Aİ-nin Ədalət Məhkəməsi “Booking”in əsas şərtinin rəqabət qaydalarını pozduğuna qərar verib. Həmin il şirkət Aİ-nin “Rəqəmsal bazarlar haqqında” Qanununun tətbiqindən sonra bu təcrübədən imtina edib.
“Hotrec”in araşdırmasına görə, “Booking Holdings” 2024-cü ildə Avropa onlayn bron bazarının 71 faizinə nəzarət edirdi. Hotel sənayesi nümayəndələri iddia edirlər ki, şirkətin dominant mövqeyi ona komissiyaları 25 faizə qədər artırmağa və hotellərin mənfəətini azaltmağa imkan verir.
“Booking.com” bildirir ki, iddianı hələ almayıb və baş verənlərin hotel sənayesinin təşəbbüsü olduğunu hesab edir. Ekspertlər məhkəmənin uzana biləcəyini proqnozlaşdırırlar.