azturkxeber.az
http://azturkxeber.az

Polis istirahət zonalarında profilaktik tədbirləri davam etdirir

09-08-2025

Yay mövsümü ilə əlaqədar olaraq insanların turizm zonalarına üz tutması nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə Masallı rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib.

Tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə, ötmə və manevr qaydalarına əməl olunmasının, sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat veriblər. Vətəndaşlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunub.

Həmçinin, yay mövsümündə havaların isti və quraq keçməsi ilə bağlı meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artması nəzərə alınaraq vətəndaşlara odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələr və yanğına səbəb olacaq amillər barədə məlumatlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031