azturkxeber.az
http://azturkxeber.az

Ceyms Uorlik: Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam

09-08-2025

Ceyms Uorlik: Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam

“Mən Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam”. Bu sözləri AZƏRTAC-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, “Juno Global Strategies” mərkəzinin prezidenti Ceyms Uorlik deyib. O, görüşü tarixi fürsət adlandırıb.

“Bu, prosesin mühüm başlanğıcıdır və ümid edirik ki, bu, regiona sülh və firavanlıq gətirəcək”, - deyə amerikalı ekspert bildirib.

Ceyms Uorlik, eyni zamanda, ABŞ və Azərbaycan arasında çoxillik müsbət əlaqələrin olduğunu deyib.

“Biz beynəlxalq terrorizm, İran məsələsi, enerji təhlükəsizliyi problemi və digər məsələlərdə əməkdaşlıq etmişik. Azərbaycan və Ermənistanla sülh və təhlükəsizlik məsələlərində də birgə işləmişik və mən bunu gələcəkdə də davam etdirəcəyimizi görməkdən məmnunam”, - deyə Uorlik əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031