azturkxeber.az
http://azturkxeber.az

BDYPİ-dən sürücülərə çağırış

09-08-2025

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edərək bildirir ki, iri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır.

Sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır. Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən sonra icra olunmalıdır.

Yol kənarında dayanma yalnız qanunvericiliklə müəyyən edilmiş yerlərdə həyata keçirilməli, görünüş sahəsini məhdudlaşdıran, hərəkət zolaqlarını daraldan və qəza riskini artıran hallara yol verilməməlidir.

Fasiləsiz hərəkətin uzun müddət davam etməsi sürücünün diqqətini və reaksiya qabiliyyətini azaldır. Bu səbəbdən vaxtaşırı dayanaraq istirahət etmək, səhhətində problem olduğu halda sükan arxasına keçməkdən imtina etmək hər bir sürücünün borcudur.

Unutmayın! Qaydalara riayət olunması yol hərəkətində iştirak edən bütün şəxslərin həyat və sağlamlığının qorunması üçün zəruridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031