azturkxeber.az
http://azturkxeber.az

Almaniya mediası Vaşinqton görüşünə geniş yer ayırıb

09-08-2025

Almaniyanın bir sıra nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət yetirib.

Bu ölkənin “Spiegel”, “Zeit”, “Handelsblatt”, “Berliner Zeitung”, “Tagesspiegel” nəşrlərinin, “Deutusche Welle”, “Welt”, “Tagesschau” televiziyalarının və digər media qurumlarının yayımladığı xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamə imzalamaları xüsusilə diqqət mərkəzində saxlanılıb.

Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik münaqişəyə son qoyulması və regionda əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd edilib. Bu baxımdan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi ilə Azərbaycanın əsas ərazisindən Naxçıvan Muxtar Respublikasına maneəsiz giriş imkanının yaradılmasının razılaşdırıldığı vurğulanıb. Bununla yanaşı, hər iki ölkənin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etdikləri, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqini təsdiq etdikləri bildirilib.

Həmçinin ABŞ-ın Azərbaycan və Ermənistan ilə ikitərəfli razılaşmalar bağladığı, o cümlədən Azərbaycan ilə Birləşmiş Ştatlar, habelə “Exxon” və SOCAR arasında mühüm sənədlərim imzalandığı qeyd olunub.

Almaniyanın xarici işlər naziri İohan Vadefulun məsələ ilə bağlı bəyanatında Ermənistan və Azərbaycan bu gün tarixlərində yeni bir səhifə açaraq mühüm razılaşmaya nail olmalarını alqışladığı diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031