Şəmkirdə narkokuryerlik edən şəxs saxlanılıb
Narkokuryerlik etməkdə şübhəli bilinən Şöhrət Mahmudov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.
DİN-in mətbuat xidmətinin verilən məlumata görə, ondan 10 kiloqram narkotik vasitə olan marixuana, 1 kiloqram tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs qazanc əldə etmək məqsədilə narkokuryerlik etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: