Media: Trampın keçmiş müşaviri Bannon 2028-ci ildə prezidentliyə namizəd ola bilər
Donald Trampın keçmiş baş siyasi strateqi Stiv Bannon 2028-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyi düşünür.
Bu barədə Britaniyanın “The Daily Mail” qəzeti mənbələrə istinadla yazır.
Məlumata görə, Bannon Respublikaçılar Partiyasının ilkin seçkilərində iştirak edə bilər. Nəşrin yazdığına görə, o hesab edir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens “kifayət qədər sərt olmadığından” respublikaçıların dövlət başçısı postuna namizədi roluna uyğun deyil. Qəzet əlavə edib ki, Bannonun kampaniyada iştirakı Trampın tərəfdarlarını parçalaya bilər.
Avqustun 6-da Tramp Vensi 2028-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində özünün ehtimal varisi adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: