azturkxeber.az
http://azturkxeber.az

İtaliyanın Baş naziri üç ölkənin liderləri ilə telefon danışıqları aparıb

08-08-2025

İtaliyanın Baş naziri üç ölkənin liderləri ilə telefon danışıqları aparıb

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə telefon danışıqları aparıb.

Bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloninin Donald Tramp, Volodimir Zelenski və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığında Ukraynadakı müharibə müzakirə olunub.

İtaliyanın Baş naziri atəşkəsə nail olmaq üçün davam edən səylərin, Ukraynada ədalətli və davamlı sülhü təmin edəcək danışıqlar yolunun, xüsusən də ABŞ-ın irəli sürdüyü ən son diplomatik təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə söhbət zamanı, həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasındakı əməkdaşlıq, zolaqda davam edən əsassız humanitar böhrana son qoymaq üçün hərbi əməliyyatların dərhal dayandırılması, girovların azad edilməsi, yardıma tam və maneəsiz çıxışın zəruriliyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031