azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq Alpinizm Günü münasibətilə Elmira Aslanova haqqında çəkilmiş “Arzunun ardınca” sənədli filminin təqdimatı keçirilib

08-08-2025

Beynəlxalq Alpinizm Günü münasibətilə Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın – Elmira Aslanova haqqında çəkilmiş “Arzunun ardınca” sənədli filminin təqdimatı keçirilib.
Rejissoru Arzu Urşan olan filmdə Elmira Aslanovanın dünyanın ən yüksək zirvəsi olan Everestə (8 848 m) aparan əzmli yolu, qarşılaşdığı çətinliklər və güclü iradəsi əks etdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın da iştirak etdiyi tədbirdə çıxış edənlər Elmira Aslanovanın bu nailiyyətini yalnız idman uğuru kimi deyil, eyni zamanda Azərbaycan qadınının iradəsinin, qətiyyətinin rəmzi kimi dəyərləndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031