azturkxeber.az
http://azturkxeber.az

Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatdı

08-08-2025

2025-ci ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb.

Belə ki, bu dövrdə Bakı Limanı vasitəsilə aşırılan konteyner həcmi 60 429 TEU təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% artım deməkdir. 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər olmuşdu.

Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031