azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

08-08-2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “SpaceX” şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşüb.

Nazirlikdən bildirilib ki, qlobal çağırışlar və yeni trendlər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühiti vurğulanıb. Qeyd edilib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafı üçün möhkəm baza yaradılıb. Bu isə iqtisadiyyatda innovasiyaların tətbiqini və rəqəmsallaşmanın genişləndirilməsini sürətləndirir.

Görüşdə “SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub.

Dövlətimizin başçısının ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-nin İxrac - İdxal Bankının (“EXIM Bank”) prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə Azərbaycanda iqtisadi inkişaf və şaxələndirmə sahəsində əldə olunan nailiyyətlər haqqında məlumat verilib. Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələr üzrə irəliləyişlər, xarici tərəfdaşlarla əlaqələrin gücləndirilməsi, böyük investisiya layihələrinin icrası üçün açılan yeni perspektivlər qeyd edilib. Bildirilib ki, ölkəmizin strateji coğrafi mövqeyi, biznes və investisiya mühitinin keyfiyyətinin yüksəldilməsi sərmayədarlar üçün əlverişli şərait yaradır.

Tərəflər qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031