azturkxeber.az
http://azturkxeber.az

AZAL rəhbərliyi və kollektivi Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarını ziyarət edib

08-08-2025

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Hökumə Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

AZAL komandası Azərbaycanın Milli Qəhrəmanlarının – İqor Kşnyakin və Aleksandr Kalyaninovun da xatirəsi ehtiramla yad edilib.

Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031