azturkxeber.az
http://azturkxeber.az

Ağdərə, Laçın, Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

08-08-2025

İşğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların qurulması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu dəfə Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən daha 26 şəxsi proqram çərçivəsində aktivlərlə təmin edib.

Verilmiş aktivlər hesabına həmin sakinlər maldarlıq, keçiçilik, qoyunçuluq və arıçılıq zərfləri üzrə öz təsərrüfatlarını yaradıblar.

Proqram iştirakçıları doğma yurdlarında təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəkdən razı qaldıqlarını bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Onlar qurduqları bu təsərrüfatları daim genişləndirməyə çalışacaqlarını vurğulayıblar.

Beləliklə, Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən artıq 220 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031