azturkxeber.az
http://azturkxeber.az

ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini təsdiqləməyib

08-08-2025

ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini təsdiqləməyib

Dövlət Departamentinin mətbuat katibinin müavini Tommy Pigott avqustun 8-də ABŞ administrasiyasının Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini nə təsdiq, nə də təkzib edib.

O, brifinqdə məsələ ilə bağlı sualı cavablandırarkən deyib: "Burada çoxlu spekulyasiyalar var. Bu mövzuda spekulyasiya etmək fikrində deyiləm".

İyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafında nizamlanma ilə bağlı razılığa gəlmək üçün Rusiyaya 50 gün vaxt verəcəyini, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100% ticarət rüsumları tətbiq etmək niyyətində olduğunu bəyan edib. İyulun 29-da Amerika lideri qeyd olunan müddəti 10 günə endirdiyi barədə açıqlama verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031