azturkxeber.az
http://azturkxeber.az

ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir

08-08-2025

Prezident İlham Əliyevin ABŞ-a səfəri bir çox cəhətdən tarixi əhəmiyyət kəsb edir.

Azturkxeber.az xəbər verir ki, bu sözləri politoloq İlyas Hüseynov öz "Facebook" hesabında yazıb.

O, bildirib ki,ABŞ ilə Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir.

Səfər zamanı Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması bunu təsdiq edir.

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq aşağıdakı üç sahəni əhatə edəcək:

Enerji, ticarət və tranzit daxil olmaqla regional əlaqə;

İqtisadi investisiya, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur;

Müdafiə sahəsi üzrə satınalmalar və terrorla mübarizə də daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq.

Yaradılan Strateji İşçi Qrup regional əlaqə infrastrukturunun və enerji sektoruna investisiyaların genişləndirilməsi, regional iqtisadi və ticarət əməkdaşlığının təşviqi, süni intellektin inkişafı kimi mühüm məsələləri həll edəcək.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika texnologiyalarının və investisiyalarının ölkəmizə cəlb edilməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031