azturkxeber.az
http://azturkxeber.az

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

07-08-2025

Avqustun 9-u və 10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.

Ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 25-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.

Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.

Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031