azturkxeber.az
http://azturkxeber.az

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

06-08-2025

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen” markalı avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi verilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031