azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kq narkotik vasitə aşkarladı

06-08-2025

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı rayonlarda əməliyyat tədbirləri intensivləşdirilib.

Belə ki, Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı 50 yaşlı Cəlilabad rayon sakini Elşən Şəmmədov tutulub. Ondan 30 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

https://www.youtube.com/watch?v=zcu0PfN58q0






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031