azturkxeber.az
http://azturkxeber.az

AzVP sədri Akif Nağı Şəkidə səfərdə olub-(FOTOLAR)

06-08-2025

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Şəki rayonuna səfər edib. Səfər çərçivəsində o, bir sıra yerli idarə və qurumlarda görüşlər keçirib.

Partiya sədri ilk olaraq Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Tərəflər rayonda mövcud sosial-iqtisadi vəziyyət, həyata keçirilən layihələr və AzVP-nin yerli təşkilatının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Daha sonra Akif Nağı Şəki şəhər Bələdiyyəsində sədr müavini Səyyarə Musayeva ilə də görüş keçirib. Görüş zamanı bələdiyyənin fəaliyyəti, yerli özünüidarəetmə prosesində partiya nümayəndələrinin iştirakı və əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində AzVP-nin Şəki rayon təşkilatının fəalları ilə də görüş təşkil edilib. Görüşdə Siyasi Şuranın sədri Novruz Novruzov, rayon təşkilatının sədri Elxan Rəhimov, şəhər Bələdiyyəsinin üzvü Rafiq Xəlilov, partiya üzvləri Rəhim Şirinov, Faiq Əbdürrəhmanov, Rasim Əhmədov və digər fəallar çıxış edərək təklif və fikir mübadiləsi aparıblar.

Tədbirdə ölkədəki ictimai-siyasi vəziyyət, dövlətin daxili və xarici siyasətindəki əsas prioritetlər, partiyanın mövqeyi və qarşıda duran vəzifələr müzakirə olunub. Eyni zamanda yerli səviyyədə mövcud problemlər və onların həlli yolları ilə bağlı ideyalar səsləndirilib.

Akif Nağı səfərin nəticələrini yüksək qiymətləndirib:

"Səfərimiz çox məhsuldar keçdi. İcra başçısı ilə səmərəli fikir mübadiləmiz oldu, partiyamızın yerli təşkilatının fəaliyyəti müzakirə olundu. Yerli təşkilatın ofis-qərargahla təmin olunması məsələsi də gündəmə gətirildi. Bələdiyyə ilə görüş də faydalı oldu. Fəallarımızla keçirdiyimiz iclasda geniş müzakirələr aparıldı, onların təklifləri dinlənildi. Ümumilikdə bu cür səfərlər həm təmasların gücləndirilməsi, həm də əhalinin marifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır", – deyə partiya sədri bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031