azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

02-08-2025

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031