Azərbaycan Kinosu: Bir Əsrlik İrsin Müasir İnkişaf yolu -GÜNAY AĞAMALI
Milli mədəniyyətimizin ayrılmaz parçası olan Azərbaycan kinosu bu gün artıq bir əsrdən çox yaşı olan zəngin irsə, dəyərli sənət ənənələrinə və yaradıcı nəsillərin əzmkarlığı ilə formalaşan inkişaf yoluna sahibdir. Kino tariximiz xalqımızın həyat tərzini, keçmişini, qəhrəmanlığını və mənəviyyatını sənət dili ilə əbədiləşdirən güclü vasitədir.
Müstəqillik dövründə kino sənətimizin müasir tələblərə uyğun yenidən dirçəldilməsi istiqamətində aparılan sistemli işlər öz bəhrəsini verməkdədir. Xüsusilə də Baku Media Center kimi qabaqcıl yaradıcı mərkəzlərin fəaliyyəti Azərbaycan kinosunun texniki, vizual və məzmun baxımından yeni mərhələyə qədəm qoymasına xidmət edir. Bu mərkəz təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da Azərbaycan kinosunun yüksək səviyyədə təqdim olunmasına mühüm töhfələr verir.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətə, o cümlədən kino sənətinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu sahədə yeni canlanma müşahidə olunur.
Bu əlamətdar gündə milli kino sənətinin inkişafına töhfə verən bütün sənətkarlarımızı, yaradıcı kollektivləri, rejissor, ssenarist və aktyorlarımızı ürəkdən təbrik edir, xalqımızı yeni uğurlu ekran əsərləri ilə sevindirməyi arzulayıram.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.