azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə qiymətlər kəskin ucuzlaşdı – Axın başladı

01-08-2025

İlin əvvəlində qiymətləri 20-25% artırdıqdan sonra türk otelləri rusiyalı turistlərin tələbinin azalması səbəbindən indi əksini etməyə doğru gedir.

Azturkxeber.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) mətbuat xidmətindən bildirilib.

“İlin əvvəlində, bizim hesablamalarımıza görə, türkiyəli otelçilər qiymətləri 20-25% artırıblar, indi isə növbəti ay üçün onları ötən ilki rəqəmlərə endiriblər”, – məlumatda deyilir.

Bildirilir ki, Türkiyə sabit tələbata malikdir, lakin turistlər yerli kurortların qiymət siyasətinə çox həssasdırlar.

“Türkiyəli otelçilər qiymətləri qaldırdıqdan sonra turistlərimizin bu istiqamətdə azalması və başqa ölkələrə yönləndirilməsinin şahidi olduq. Türkiyə otelləri səhvi anladılar və müxtəlif endirimlər etməyə başladılar. Avqust üçün tələbat yaxşıdır”, – ittifaqdan bildirilib.

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat verib ki, Türkiyə avqust ayı üzrə tur satışlarına görə liderdir (satılan turların 38,4%-i), ötən ilin avqustunda isə bu istiqamətin payı 34,8% olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031