azturkxeber.az
http://azturkxeber.az

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib

01-08-2025

Avqustun 1-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı bildirib ki, ölkə başçısının tapşırığına əsasən vətəndaş məmnunluğunun təmin olunması və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil olunan səyyar qəbulların əsas məqsədi sakinlərlə daha sıx təmasda olmaq, onların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Səyyar görüşdə məhəllədaxili yollarda asfalt örtüyünün salınması, su və elektrik təchizatında yaranmış problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və məsələlər nəzarətə götürülmüşdür.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031