Kembric Universitetinə bağlı Fitzvilyam muzeyinin tədqiqatçıları payızda açılacaq sərgiyə hazırlaşarkən gil maketin əsasında insan əlinin izini aşkar ediblər. “Ruh evi” kimi tanınan bu quruluş, mərhumun ruhu üçün yaşayış sahəsi təmin etmək məqsədilə nəzərdə tutulmuş qədim Misir məzarlarında tapılan miniatür bina modelləri arasındadır. Eramızdan əvvəl 2055-1650-ci illərə aid olan ruh evinin təfərrüatlı tədqiqi nəticəsində məlum olub ki, ikimərtəbəli strukturun çərçivəsi əvvəlcə taxta çubuqlarla tikilib, sonra isə gillə örtülüb. Bildirilib ki, yanğın zamanı taxta hissələri yanıb, yalnız bişmiş gil qalıb. Qeyd olunub ki, usta gil hələ yaş ikən maketi yerindən tərpətdikdə və atəşə başlamazdan əvvəl konstruksiyanın aşağı hissəsində qaldıqda əl izi yaranıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
2024-cü ildə Türkiyədə əsaslı arxeoloji kəşflər
Turizm cənnəti Tekirdağ