azturkxeber.az
http://azturkxeber.az

Əlincə məhəlləsində yaşıllıqlar suvarıldı – “SUVAR!” aksiyası davam edir

01-08-2025

Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə təşkil olunan “SUVAR” ekoloji aksiyası növbəti dəfə keçirilib. Bu dəfəki aksiya Naxçıvan şəhərinin Əlincə məhəlləsində baş tutub.

Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra ətraf ərazidəki ağaclar suvarılıb. Ağacların suvarılması işində könüllülərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da fəal iştirak ediblər.

Qeyd edək ki, ekoloji aksiya Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031