azturkxeber.az
http://azturkxeber.az

DOST Çağrı Mərkəzi 142-nin fəaliyyətinin 2 ili tamam olur

01-08-2025

Son iki ildə Çağrı Mərkəzi 142 tərəfindən 1 milyon 624 min vətəndaş müraciəti cavablandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Çağrı Mərkəzi 142-nin fəaliyyətə başlamasından 2 il ötür.

“142” Çağrı Mərkəzinin bazasında, Nazirlik və qurumlarının çağrı mərkəzlərinin vahid fəaliyyət istiqaməti üzrə inteqrasiyası əsasında yaradılan DOST Çağrı Mərkəzi 142 tərəfindən ötən dövrdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya, övladlığagötürmə və digər müvafiq sahələrə dair 1 milyon 624 min vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı, Çağrı Mərkəzinin fəaliyyəti son illər IVR (interaktiv səsli cavablandırma) sisteminin, həmçinin sosial bot, onlayn çat, əks əlaqə, SMS müraciətlər üzrə cavablandırmanın tətbiqi ilə əhəmiyyətli dərəcədə genişlənib.

Xidmət sahəsində innovativ həllərin geniş tətbiqinə xüsusi önəm verən DOST Çağrı Mərkəzi 142 Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa üzrə Yaxşı Təcrübə Mükafatına layiq görülüb.

Bu il “CCW Excellence Awards 2025” müsabiqəsinin finalçılar siyahısında yer alan Çağrı Mərkəzi həmçinin “Customer Contact Week Portfel” tərəfindən müvafiq sertifikatla da təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031