azturkxeber.az
http://azturkxeber.az

Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 2018-2025-ci illərdə 4 dəfədən çox artıb

01-08-2025

2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.

Həmçinin qeyd edilən dövrdə ailə başçısını itirməyə görə aylıq müavinət 2,5 dəfə artırılaraq 55 manatdan 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq müavinət 2,8 dəfə artırılaraq 50 manatdan 140 manata çatdırılıb.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətdə də ciddi artım özünü göstərib. 2018-ci illə müqayisədə bu müavinət 45 manatdan 140 manata çatdırılmaqla, 3,1 dəfə artırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031