azturkxeber.az
http://azturkxeber.az

BDYPİ xəbərdarlıq edir: Sükan arxasında yuxulamaq bir daha oyanmamağına səbəb ola bilər

30-07-2025

BDYPİ xəbərdarlıq edir: Sükan arxasında yuxulamaq bir daha oyanmamağına səbəb ola bilər

İyulun 28-i saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalar və sürücünün verdiyi məlumatlar əsasında müəyyən edilib ki, 77-DH-906 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsini idarə edən H. Nəbiyev sükan arxasında yuxulaması səbəbindən idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə xəbərdarlığında bildirilib.

Qeyd edilib ki, baş vermiş bu qəza nəticəsində ölüm halının olmaması tamamilə təsadüfdür. Çünki belə qəzaların böyük əksəriyyəti bir çox hallarda ölüm və ya ağır xəsarətlə nəticələnir. “Unutmaq olmaz ki, yol belə səhvləri bağışlamır. BDYPİ sürücülərə bir daha xatırladır ki, uzunmüddətli fasiləsiz hərəkət və yuxululuq halları sükan arxasında həyati təhlükə yaradır. Unutmayın ki, sükan arxasında bir anlıq yuxu geridönüşü olmayan nəticələrə səbəb ola bilər!”, - deyə xəbərdarlıqda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031