azturkxeber.az
http://azturkxeber.az

Üzgüçülərimizin Dünya Yay Universiadasında mübarizəsi başa çatıb

24-07-2025

Azərbaycan üzgüçülərinin Almaniyada keçirilən Dünya Yay Universiadasında mübarizəsi başa çatıb.

Universiadanın Berlində keçirilən üzgüçülük yarışlarının sonuncu günündə Fatimə Alkərəmova 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 4:39.31 saniyəlik nəticə göstərib. Bu göstərici ilə 39 idmançı arasında 33-cü yeri tutan üzgüçümüz yarımfinala yüksələ bilməyib.

Universiadada 4x100 sərbəst estafet yarışında komandamız 3:51.61 dəqiqəlik nəticə ilə 27 ölkə arasında 20-ci yerdə qərarlaşıb.

Səid Həmidov 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında diskvalifikasiya olunub.

Bununla da Universiadanın üzgçülük yarışlarına yekun vurulub. Dünya Yay Universiadası iyulun 27-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031