azturkxeber.az
http://azturkxeber.az

Birinci yarımildə sosial sahə üzrə 12,4 milyon elektron müraciət olunub

23-07-2025

Birinci yarımildə sosial sahə üzrə 12,4 milyon elektron müraciət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin birinci yarımilində 12,4 milyon müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 8 milyon dəfə istifadə olunub, 132 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra edilən geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 60 proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 6 ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 259 milyon olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031