azturkxeber.az
http://azturkxeber.az

Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib

18-07-2025

18 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmiş və "Xəzər TV" televiziya kanalının efirində 16 iyul 2025-ci il tarixdə yayımlanan "Qonaqcanlı" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunmuşdur.

Qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının "Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin yoxsa qadının?" sualına qonaq "Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə..." məzmunda cavab vermişdir.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrıseçkiliyin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunmuşdur.

Şura üzvləri məsələni ətarflı müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlmişlər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac vermişdir. Həmçinin, qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilmişdir. Sonda Audiovizual Şuranın üzvləri "Xəzər TV" televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmiş, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunmuşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031