azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda baş verən qəzada 20 yaşlı sürücü ölüb

08-07-2025

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 2005-ci il təvəllüdlü Ülvi Firdovsi oğlu Vəlizadə idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi ilə Lerik istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında hərəkətsiz dayanan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Dərhal əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Avtomobildə sıxılıb qalan sürücü çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olduğundan Ü.Vəlizadə reanimasiya şöbəsinə yerləşdirilib. Bütün tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031