azturkxeber.az
http://azturkxeber.az

Zəfərlərimizə laqeyidlər

30-05-2025

"Təsəvvür edin, beyinlər o qədər zəhərlənibdir ki, özünü reklam, şou, dava- dalaş, mənasız hər cür işlərə baş o qədər qarışıb ki, Laçında tarixi hadisələr yaşanır, amma çoxu heç maraqlanmır da"...

Bu sözləri Safiq Qurbanov Azturkxeber.az -a açıqlamasında deyib.

Azərbaycan əsgəri təkcə bizim yıxılmış qürurumuzu yüksəklərə qaldırmadı, son yüz illikdə əzilən, parçalanan, faciələr, tənəzzüllər yaşayan Türk dünyasının, İslam dünyasının, bütün dünyanın sadə camaatının sanki heyfini çıxdı, inamını qaytardı, insanlıq heysiyyatını yuyub paklandırdı...

Bizim mübarizlər təkcə erməni əsgəri ilə deyil, Ermənizmlə, faşizmlə, dünyanın siyasi, iqdisadi gücləri ilə, döyüşdü qalib gəldi.

30 il danışıqlar getdi, heç Şuşanın, Laçının, Kəlbəcərin adlarını çəkmirdi erminilər və tərəfdarları.
Heç bizim də ağlımıza gəlmirdi bunlar...
Xankəndindən uçub gedəcəklərini kim düşünərdi?
" prezidentləri" qol- bud edib gətirdi bizim zəfər gücləri.

Laçın.... Hava limanı açılışı, Türkiyə, Pakistan prezidentlərinin iştirakı...

Nə màne olur adamlara bunlara sevinmək? Fəxr etmək, hisslərini paylaşmaq...

Doğurdan qəribədir, " Laçınım" deyib ağlayan, ah -fəğan edən bəzi adamlar indi niyə laqeyidləşdi, hava limanı açılışı deyil, hansısa müğənninin bişirdiyi aş onlara maraqlı gəldi?

Baxırsan sosial şəbəkələrə, bu hadisəni ən çox rəsmi şəxslər, deputatlar filan paylaşır. Çoxu da hansı səbəbdən bəllidir...

Bir çox ictimai, ziyalı, tanınmış şəxslər sanki belə şeyi görmürlər.

Bəziləri zənn edir ki, bu cür tarixi zəfərləri işıqlandırmaq, paylaşmaq, sevinmək İlham Əliyevə, hakimiyyətə yarınmaq deməkdir.
Nə qədər düşüncəsiz, milli dövlətçilik şüurundan kənar, əcaib baxışlardır...

Zəfər tariximiz xalqımızın, ordumuzun və dövlətimizin birgə qələbəsidir.
Təbii ki, dövlətin başında duran şəxsin də öz halal payı var.

O hava limanının açılışında sevinən şəhid ruhlarını görmək, şəhid qanının möcüzələrini dərk etmək, sevinib qürur duymaq üçün sadəcə azərbaycanlı olmaq lazımdır. Çox təssüf...-deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031