Seranit və Zivelladan memarlığın gələcəyinə yön verən vizyoner tədbir keçirilib
Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı markalarından biri olan Zivella, 30 May Cümə günü InVision Design Talks & Visionary Design Forumunu həyata keçirir.
Türkiyənin aparıcı keramika istehsalçısı Seranit, Türkiyənin ofis mebeli sektorunda aparıcı brendlərindən biri olan Zivella ilə birlikdə Azərbaycanda, Bakıda InVision Design Talks & Visionary Design Forum tədbirini təşkil etməyə hazırlaşır. Tədbir mayın 30-da, cümə günü saat 13.00-dan 18.30-dək Bakı Konqres Mərkəzində baş tutacaq; Memarlıq, sənaye dizaynı və şəhərsalma dünyasının aparıcı adları bir araya gələcək. Yaşayış məkanlarını, şəhərləri və obyektləri formalaşdıran uzaqgörən fikirlərin müzakirəsi üçün də unikal platforma yaradacaq bu tədbir bu sahədə mütəxəssislərlə dizaynın gələcək rolunu yenidən müəyyənləşdirməyə yönəldiləcək.
InVision Design Talks çərçivəsində tədbir boyunca Türkiyə və Azərbaycandan Designist Mimarlık, Gönye Mimarlık, Aslı Mimarlık, Design Bureau, Fosil Design, Manarch kimi öndə gələn şirkətlerin rəhbər heyəti çıxış edəcək. Tədbirdə Design Stories That Make Life Easier; Spaces That Shape Life; Integrating Lifestyle, Work and Hospitality in Design; Designing Tomorrow; Brand Value and Spatial Identity ve Industrial Design: Everyday Objects, Extraordinary Impact kimi 6 mövzu səsləndiriləcək.