azturkxeber.az
http://azturkxeber.az

Nazir Fərid Əhmədov Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb

30-05-2025

Ədliyyə naziri Fərid Əhmədov 29 may tarixində Özbəkistana səfəri çərçivəsində Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüş keçirib.

Azturkxeber.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hüquqi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

Məlumata görə, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri bu münasibətlərin daha da möhkəmlənməsi və genişlənməsində əhəmiyyətli rol oynayır.
Fərid Əhmədov qeyd edib ki, 27-28 may tarixlərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri, eyni zamanda işğaldan azad edilmiş Laçında Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşündə iştirakı münasibətlərimizin nə dərəcə möhkəm olmasının bariz nümunəsidir.
Nazir ötən il imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun hüquqi sahədə əməkdaşlığın daha da genişlənməsində yeni perspektivlər açdığını vurğulayıb.
Görüşdə hüquqi əməkdaşlığın gələcək istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Azam Nazir Tarar Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək məqsədilə yaxın aylarda ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031