Milli Məclisin deputatı Günay Ağamalının təşəbbüsü ilə Kukla Teatrında tədbir təşkil olundu
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisin deputatı Günay Ağamalının təşəbbüsü ilə Salyan Kukla Teatrında şəhid övladları və Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın uşaqları üçün xüsusi tədbir təşkil olundu.
Azturkxeber.az-ın məlumatına görə, tədbirdə uşaqların hüquqlarının müdafiəsi, onların rifahının təmin olunması, sağlam və hərtərəfli inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən siyasət və görülən işlər ətrafında çıxışlar oldu.
Deputat Günay Ağamalı çıxışında Ulu Öndər Heydər Əliyevin uşaqlara xüsusi qayğı və diqqətlə yanaşmasını və bu yanaşmanın bu gün də dövlət siyasətində öz əksini tapmasını önə çəkdi. Millət Vəkili qeyd etdi ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm işlər görülməkdədir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqlara həsr olunmuş çoxsaylı humanitar və maarifləndirici layihələr gerçəkləşdirilir.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin müavini Rəşad Cəbrayılov, Salyan-Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rəşad Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində Salyan Kukla Teatrının aktoyarları tərəfindən uşaqlara musiqili-əyləncəli tamaşa nümayiş olundu və sonda hədiyyələr təqdim edildi.