azturkxeber.az
http://azturkxeber.az

MDB-nin iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasında

30-05-2025

Mayın 30-da Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının (MDB GPA) videokonfrans formatında 24-cü iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə MDB GPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib. O, “Gənclərin sosial problemlərinin həlli - MDB-nin iştirakçısı olan dövlətlərin təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verib.
Onlayn iclasda, həmçinin “MDB-yə üzv dövlətlərdə gənclərin iştirakı ilə nəqliyyat infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “2025-ci ildə MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə əsas layihələri”, “IX Sankt-Peterburq Beynəlxalq Gənclər Əmək Forumunun nəticələri” və digər mövzular üzrə məruzələr dinlənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031