İngiltərədə növbəti on il ərzində yeni su anbarları tikilməsə, içməli su qıtlığı yarana bilər.
Bu barədə Böyük Britaniyanın su məsələləri üzrə naziri Emma Hardi xəbərdarlıq edib. Nazirin açıqlaması hökumətin iki yeni su anbarı layihəsinin planlaşdırılma prosesini sürətləndirdiyini elan etdiyi vaxtda gəlib. Kembricşir bölgəsindəki Fens və Linkolnşir bölgəsindəki digər anbarla bağlı yekun qərarları yerli orqanlar deyil, birbaşa ətraf mühit naziri Stiv Rid verəcək.
Hökumət bu dəyişikliyi bürokratik əngəllərin azaldılması və planlaşdırma prosesinin sürətləndirilməsi kimi dəyərləndirir. Lakin yerli etirazların nəzərə alınmaması narazılıq yarada bilər və bu anbarların istifadəyə verilməsi on ildən artıq çəkə bilər. Elm adamları da xəbərdarlıq edirlər ki, artan temperatur və əhalinin çoxalması səbəbindən su ehtiyatlarının təminatı üçün ev təsərrüfatlarında su sərfiyyatı azaldılmalıdır.
Emma Hardi bildirib ki, bu anbarlar inşa edilməsə, İngiltərə 2030-cu illərin ortalarında lazım olan içməli sudan məhrum ola bilər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib