Benksi adı ilə tanınan ingilis rəssam-qrafitistin növbəti əsəri ictimaiyyətə təqdim olunub.
Benksinin rəsmi “Instagram” hesabında paylaşılan fotoda solğun, bej divarda çəkilmiş mayak təsviri və “Məndə gördüyün insan olmaq istəyirəm” yazısı yer alır. Divarın qarşısındakı sütunun kölgəsi ilə yaradılan illüziya, sanki mayakın həmin sütunun kölgəsi olduğunu göstərir.
Lakin paylaşımda əsərin harada çəkildiyi ilə bağlı məlumat verilməyib. Sosial şəbəkə istifadəçiləri bu küçə sənətinin Fransanın cənubundakı Marseldə ola biləcəyini iddia edirlər.
Benksi bütün karyerası boyu öz şəxsiyyətini gizli saxlayıb. Onun əsərlərinin orijinallığı yalnız rəsmi “Instagram” səhifəsi vasitəsilə təsdiqlənir. Banksinin əsərləri tez-tez immiqrasiya, Ukrayna müharibəsi və evsizlik kimi siyasi mövzulara da toxunur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!