azturkxeber.az
http://azturkxeber.az

Xəzərdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

20-05-2025

Xəzərdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Su polisi əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan M.Xanməmmədov saxlanılıb. Həmin şəxsdən qanunsuz olaraq ovlanmış kütüm balıqları və müxtəlif növ ov qurğuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031