Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan investorlar investisiya layihələrində iştirak baxımından Şimali Qafqaz Federal Dairəsinin regionlarına maraq göstərirlər.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
O xatırladıb ki, ötən il Çeçenistanda keçirilən Qafqaz İnvestisiya Forumuna 33 ölkədən nümayəndə heyətləri gəlib.
“Biz ərəb ölkələri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Azərbaycan tərəfindən marağı görürük. Yəni yaxınlıqda olan qonşular. Bu, təkcə turizmə deyil, həm də kənd təsərrüfatına, sənayenin inkişafına müxtəlif sektorlara qoyulan sərmayədir”, - deyə baş nazirin müavini qeyd edib.
A.Novakın sözlərinə görə, ən çox maraq xizək klasterləri, xüsusən də Qaraçay - Çərkəzdəki “Arxız” kurortunadır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”