azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan alimi Ankarada keçirilən beynəlxalq konqresdə məruzə edib

20-05-2025

Azərbaycan alimləri Türk Dünyası Türkmən Birliyinin təşkilatçılığı ilə Ankara Hacı Bayram Vəli Universitetində keçirilən beynəlxalq konqresdə iştirak ediblər. Konqresdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Sevinc Məmmədova “Media savadlılığı və milli dil stratejiləri” mövzusunda məruzə edib. Azərbaycanlı alimin məruzəsi konqresin materiallarında çap olunub və ona sertifikat verilib.

Bu barədə Dilçilik İnstitutundan bildirilib. Qeyd olunub ki, alimlərimiz ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində fəaliyyət göstərən “Azərbaycan Türkcəsi Öğretim Ocağı”nı ziyarət ediblər. Ziyarətdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdirləri Rəsmiyyə Sabir, Allahyar Muradov, Pərviz Həsənov, institutun baş meneceri Şakir Alıyev, Sevinc Məmmədova digər alimlər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031