Azərbaycanın üçqat Paralimpiya çempionu dünya seriyasında mübarizə aparacaq
Üçqat Paralimpiya çempionu olan Azərbaycan paraüzgüçüsü Raman Saley bu ilin ilk yarışında mübarizə aparacaq.
Milli Paralimpiya Komitəsindən bildirilib ki, o, ABŞ-ın İndianapolis şəhərində keçiriləcək Dünya Paraüzgüçülük Seriyasında qüvvəsini sınayacaq.
Bu gün start götürən yarışa aprelin 26-da yekun vurulacaq.