azturkxeber.az
http://azturkxeber.az

Nazirlər Kabinetində müşavirə keçirilib

21-04-2025


Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə ümumtəhsil məktəblərində təhsil alan uşaqların təhsildən yayınmasının cari vəziyyəti, yayınmanın səbəbləri, uşaq əməyinin istismarı, habelə profilaktik tədbirlər və ailələrlə işin gücləndirilməsi, ictimai nəzarətin artırılması ilə bağlı videoformatda müşavirə keçirilib.

Müşavirənin gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova mövzu ilə bağlı çıxış edərək aidiyyəti üzrə məlumat vermiş, məsələyə dair görülməsi zəruri tədbirlərə dair müzakirə aparılmışdır.
Müşavirənin yekununda Baş nazir rəy və təklifləri nəzərə alaraq, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilmiş qaydada aparılması, təhsildən yayınma hallarının səbəblərinin müəyyənləşdirilməsi və ətraflı təhlilinin aparılması, qanunvericiliyə uyğun işin təşkili, xüsusilə təhsildən yayınmanın sosial qayğıya ehtiyac səbəbindən baş verdiyi hallarda müvafiq sosial müdafiə tədbirlərinin aparılmasına dair təlimatlar vermişdir. Müzakirə mövzusunun əhəmiyyəti və sosial təsirini nəzərə alaraq, məsələnin daim diqqətdə saxlanması, icra nəticələrinin müntəzəm hesabatlığının formalaşdırılması zərurəti bildirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930