azturkxeber.az
http://azturkxeber.az

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edib

21-04-2025

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin inzibati binasında sakinləri qəbul edib.

Qəbuldan öncə nazir Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra Kəmaləddin Heydərov tərəfindən qəbul edilən muxtar respublika sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930