azturkxeber.az
http://azturkxeber.az

DYP gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

14-04-2025

DYP gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, aprelin 14-dən 17-dək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, leysan və küləklə müşahidə olunacaq.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

Müraciətdə bildirilir: “Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormozlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, avtomobilin texniki sazlığını nəzarətdə saxlamalıdırlar.

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930