Gimnaziada: Azərbaycanın 3x3 basketbol yığmalarının növbəti mərhələdəki rəqibləri bəlli olub
Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3x3 basketbol yarışları davam edir.
Azərbaycanın qız və oğlan komandaları növbəti matçlarına çıxıblar.
Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət millimiz B qrupunda Çili 2-ni 12:1, Ukraynanı isə 16:14 hesabı ilə məğlub edib.
Zaur Paşayevin baş məşqçisi olduğu oğlan millimiz ilk qarşılaşmada Kosta Rikanı 19:5, Nepalı isə 18:10 hesabı ilə üstələyib.
Qızlardan ibarət yığma bundan əvvəl B qrupunda Serbiya-2-yə (18:0) qalib gəldikdən sonra Rumıniyaya (10:20) uduzsa da, Hindistan-1-i 21:1, Estoniyanı isə 9:7 hesabı ilə məğlub edib.
Oğlan komandamız daha əvvəl Meksikanı məğlub edib 11:8. Çili-1-ə 7:17 hesabı ilə uduzan milli Beninə 14:4 və Serbiya-2-yə 21:10 hesabı ilə qalib gəlib.
Bununla da oğlanlardan ibarət komanda qrupu 2-ci bitirib və 1/8 finalda Kosta Rikaya rəqib olub. Qadın millisi isə dördüncü olub. Rəqib 1/4 finalda Çin yığması olacaq.