azturkxeber.az
http://azturkxeber.az

Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər

10-04-2025


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər ediblər.

Azturkxeber.az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, YAP nümayəndələri Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirak edəcəklər.

Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930