azturkxeber.az
http://azturkxeber.az

NİİM sürücüləri küçə və yollarda sıxlıq yaratmamağa çağırır

10-04-2025

NİİM sürücüləri küçə və yollarda sıxlıq yaratmamağa çağırır

Küçə və prospektlərdə yol-nəqliyyat hadisələrinin baş verməsi istənilən halda nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Təəssüflər ki, həmin sıxlığın yolun digər istiqamətlərinə təsir etməsi isə birbaşa bəzi sürücülərin avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə almağı və ya hadisə yerinə baxmağı ilə əlaqədardır.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib. “Aprelin 10-da günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza nəticəsində də eyni vəziyyət yaşanıb. Nəticədə əsas yolla yanaşı, kənar yolda da hər iki istiqamət üzrə nəqliyyatın hərəkətində ləngimələr olmuşdu. Aparılan müşahidələr onu deməyə əsas verir ki, bu kimi hallar tez-tez yaşanır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır”, - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930