azturkxeber.az
http://azturkxeber.az

Maliyyə Nazirliyində “Oliver Wyman” beynəlxalq məsləhətçi şirkətinin nümayəndələri ilə görüş keçirilib

10-04-2025


Aprelin 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Nazim Qasımzadə “Oliver Wyman” beynəlxalq məsləhətçi şirkətinin Azərbaycan üzrə rəhbəri Camal İsmayılov ilə görüşüb.

Görüşdə dövlət maliyyəsinin idarəedilməsi, büdcə planlaşdırılması və icrası, vergi siyasəti, rəqəmsal maliyyə texnologiyaları və dövlət borcunun idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

C.İsmayılov “Oliver Wyman” şirkətinin maliyyə və iqtisadiyyat sahəsində geniş təcrübəsindən bəhs edib, Azərbaycandakı ofisin şirkətin MDB və Orta Asiya ölkələrində həyata keçirilən layihələrinin regional ofisi olduğunu bildirib.

N.Qasımzadə Maliyyə Nazirliyinin dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlara, həyata keçirilən layihələrə “Oliver Wyman” şirkətinin ekspertlərinin cəlb edilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə tərəflər arasında əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930